Paşinyan Pakistanla əlaqələr qurmaq istəyir
“Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yarada bilər”.
Demedia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Pakistanın Ermənistanla diplomatik əlaqələrdən imtina etməsi Azərbaycan amili ilə bağlıdır.