“Azəristiliktəchizat”ın “Azəriqaz”a 37,5 milyon debitor borcu var
““Azəristiliktəchizat” ASC-nin SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 01.11.2023 tarixinə 37,5 mln. manat həcmində debitor borcu var”.
Demedia.az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
"Qeyd olunan məbləğın 22,9 mln. manatı öz təstiqini tapıb və razılaşdırılıb, lakin yerdə qalan məbləğ hələ ki, müzakirə mövzusudur. Qalan məbləğlər ciddi şəkildə müzakirə mövzusu olmasa da, amma hər halda hələlik öz təstiqini tapmayıb.Yəqin ki, iki dövlət qurumu arasında yerdə qalan məbləğlə bağlı razılır əldə olunacaq”, - qurum rəsmisi əlavə edib.