Moskvada XİN rəhbərlərinin görüşü başladı



 12:23 05.12.2023     310

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin (XİN) görüşü başlayıb.

Demedia.az xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən tədbirdə İran, Qazaxıstan və Türkmənistanın XİN başçısıları da iştirak edirlər.

Tərəflər Xəzər dənizində əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə gedib.