"Heç özüm zəlzələni hiss etməmişəm" - Qurban Yetirmişli



 14:01 07.12.2023     328

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dekabrın 7-də baş verən zəlzələni heç özünün də hiss etmədiyini bildirib.

O, bu gün keçirdiyi brifinqdə deyib, afterşoklar içərisində hiss olunanı ola bilər, amma qorxulu nəsə yoxdur:

"Bu gün heç özüm zəlzələni hiss etməmişəm. Regionda olan əməkdaş zəlzələnin olduğunu zəng edib dedi. Dərhal çılçırağa baxdım, amma heç nə hiss etmədim".//Report