Qənirə Paşayevanın yerinə o seçildi



 12:21 08.12.2023     167

Deputat Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinə sədr seçilib.

Demedia.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin dekabrın 8-də keçirilən iclasında səsəverməyə çıxarılaraq qəbul edilib.

Deputat Ülviyyə Ağayeva isə komitənin sədr müavini seçilib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsin keçmiş sədri Qənirə Paşayeva idi. O, bu ilin sentyabrında vəfat edib.