Danimarkada Quranın yandırılmasına qadağa qoyulması alqışlandı



 14:20 08.12.2023     232

Rusiyanın Danimarkadakı səfirliyi ölkə hakimiyyətinin Quranın yandırılmasını qadağan etmək qərarını yüksək qiymətləndirib.

Bu gün Danimarka dini mətnlərin yandırılmasını qadağan edən qanun qəbul edib.
Bunun daxili siyasət məsələsi olmasına baxmayaraq, Danimarka hakimiyyətinin dini ədavəti qızışdıran hərəkətləri qadağan etmək qərarı tələb olunacaq, Rusiyanın Kopenhagendəki səfirliyi məlumat yayıb.
Qeyd edək ki, bütün dünya müsəlmanları üçün müqəddəs kitab olan Quranın yandırılması ilə bağlı aksiyalar Danimarka və İsveçdə hakimiyyət orqanlarının icazəsi ilə dəfələrlə həyata keçirilib.