Ülvi Baxşəliyev Azərbaycanın Moldovadakı səfiri təyin olundu
Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Demedia.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Ülvi Baxşəliyev Azərbaycanın Belarusdakı səfiri idi.