Xankəndidə peşə təhsili müəssisəsi açılacaq



 11:28 13.12.2023     439

Xankəndidə peşə təhsili müəssisəsi açılacaq.

Demedia.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Xankəndidə Qarabağ Universitetinin nəzdində açılması nəzərdə tutulan peşə məktəbinin yeri və ilkin planları var: "Plan təsdiq olunmalıdır və bundan sonra yola çıxılacaq. Ümumilikdə azad olunan ərazilərdə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır".

E.Əmrullayev bildirib ki, azad olunan ərazilərdə 8 peşə təhsil müəssisəsi yenidən qurulacaq: "Füzulidə yeni peşə təhsili müəssisəsinin bünövrəsi qoyulub, artıq tikintisinə də başlanılıb, iki il sonra tələbələri görəcəyik. Şuşada peşə təhsil müəssisəsinin yenidən qurulması prosesinə də start verilib".