YAP sabah prezidentliyə namizəd irəli sürəcək



 10:58 14.12.2023     521

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.

Demedia.az-ın xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.

İclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.