Azad edilən ərazilərdə seçki məntəqələri yaradıldı



 19:29 19.12.2023     438

“İşğaldan azad edilən ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi başa çatıb”.

Demedia.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdəki məntəqələrin fəaliyyəti üçün lazımi şərait yaradılacaq.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.