Xankəndidə tarixi görüş



 10:27 21.12.2023     437

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Demedia.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.

“Qarabağ” MOİK-lə qarşılaşacaq. Tarixi əhəmiyyət daşıyan görüş qədim şəhərimiz Xankəndidə keçiriləcək.

Görüş saat 14:00-da başlayacaq. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun olacaq.

1/8 finalın son matçında "Neftçi" "Qaradağ Lökbatan"ı qəbul edəcək. Qarşılaşmaya saat 18:00-da start veriləcək.

Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə n sonra"Sumqayıt", "Sabah", "Araz-Naxçıvan", "Qəbələ", "Səbail" və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Azərbaycan kuboku, 1/8 final 21 dekabr 14:00 Qarabağ – MOİK Xankəndi şəhər stadionu 18:00 Neftçi – Qaradağ Lökbatan Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli "Neftçi Arena".