Azərbaycan Kuboku: azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri Xankəndiyə çatıblar



 11:14 21.12.2023     315

“Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər Xankəndiyə çatıblar.

Bakıdan çıxan avtobuslar 6 saat yol qət ediblər.

Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.