"İçərişəhər"in mobil tətbiqi yaradılacaq



 20:30 21.12.2023     247

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında mobil tətbiq yaradılacaq.

Demedia.az  bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, idarə mobil tətbiq yaratmaqla ziyarətçilər haqqında məlumat toplamaq, onlarla geri əlaqəni təmin etmək və nəticədə data əsaslı idarəetməni, yüksək keyfiyyətli və sürətli xidməti təmin etmək istəyir.

Mobil tətbiqdə İçərişəhərin onlayn xəritəsi olacaq, onunla ərazini gəzmək, yeni səfər planlaşdırmaq və bu səfəri başqa istifadəçilərlə tətbiq daxilində paylaşmaq, məkanlara reytinq vermək (1-5 bal/ulduz) imkanı olacaq.

Bundan başqa, mobil tətbiq istifadəçiləri İçərişəhərdəki muzeylər, qalereyalar, otellər, restoranlar və s. haqqında məlumat əldə edə biləcək. Onun istifadəçi interfeysi və kontenti Azərbaycan və ingilis dillərində hazırlanacaq.