Bayram günlərinin kosmik hava proqnozu açıqlandı



 13:29 28.12.2023     348

Bakı Dövlət Universitetinin Astrofizika kafedrası dekabrın sonu və bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.

Kafedradan Demedia.az-a verilən məlumata görə, ötən günlərdə Günəşin fəallığı aşağı səviyyədə, ləkə qrupları sakit və stabil olub.

Günəş diskində C sinfinə aid bir necə alışma baş versə də, geoeffektiv (Yerə yönələn) tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən əldə olunan görüntülər külək fonunun normal səviyyədə olduğunu deməyə əsas verir. ​

Çox kiçik ehtimalla M sinif alışmaların olacağı proqnozlaşdırılır. 28 dekabr 2023 cü il - 3 yanvar 2024-cü il tarixlərində maqnit qasırğalarının gücünün ölçülməsində istifadə olunan Kp əmsalı 10 ballıq şkala (0-9) üzrə 2-4 intervalında dəyişəcək. Kiçik fasilələrlə fəal səviyyədə (Kp=4) olsa da, ümumən geomaqnit şəraitin sakit olacağı (Kp<4) proqnozlaşdırılır. Orta en dairələrində geomaqnit qasırğanın baş vermə ehtimalı 1%-dən azdır. ​

Günəş fəallığının təsiri nəticəsində geomaqnit sahədə həyəcanlaşmaların artması səbəbindən yarana bilən maqnit qasırğası Kp əmsalının 5-ə bərabər (G şkalası üzrə G1 səviyyə) qiymətindən başlayaraq maksimal 9-a qədər (G şkalası üzrə G5 səviyyə) güclənə bilər.​