Güclü külək Bakıda 27 ağacı sındırıb



 14:27 28.12.2023     369

Güclü külək Bakıda 27 ağacı sındırıb.

Bu barədə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edilib ki, Birliyinin əməkdaşları tərəfindən ağaclar götürülüb, sınmış budaqlar budanıb və ərazi təmizlənib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosundan verilən məlumata görə, axşam saatlarından başlayan güclü külək gün ərzində davam edəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s-yə çatacaq. Axşam saatlarından tədricən zəifləyəcək.//Report