Sabiq rəisin məhkəməsi başladı
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
Demedia.az-ın "Report"a istinadən xəbər verir ki, məhkəməyə Tofiq Həsənov videokonfrans vasitəsilə qatılıb.
Qeyd edək ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilir.
Məhkəmədə şahidlər dindirilir.