Bakıda kafedə dava: Saxlanılanlar var
Bakıda Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfər xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döyüb.
Demedia.az xəbər verir ki, bu barədə polisə məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıb.