Ağdərə şəhərində qumbara və patron tapıldı



 13:02 06.01.2024     299

Ağdərə şəhəri ərazisində 1 ədəd “F-1” qumbarası, 919 ədəd avtomat patronu, 9 ədəd patron darağı və 1 ədəd süngü bıçaq tapılıb.

Bu barədə Demedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Silah-sursatı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları aşkarlayıb.