Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib



 11:17 08.01.2024     268

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.

Demedia.az xəbər verir ki, əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evinə gətirilib.

Əklil mərhumun məzarının üzərinə qoyulacaq.

Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddət onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. Hazırda mərhumla vida mərasimi keçirilir. Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.