Respublika Perinatal Mərkəzində baş vermiş yanğının təfərrüatları - VİDEO
Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.
Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib.
Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.
***
05:50
Respublika Perinatal Mərkəzində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.
Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.