Baş nazir daha bir neçə qərar imzaladı



 11:55 09.01.2024     333

Nazirlər Kabineti “Çərçivə sazişinin nümunəvi forması”nı, “Təklif sorğusunun nümunəvi forması”nı və “Sadə satınalma müqaviləsinin nümunəvi forması”nl təsdiq
edib.

Demedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar bu il yanvarın 1-dən qüvvəyə minib.

***

Nazirlər Kabineti “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nı təsdiq edib.

Demedia.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra hüquqi şəxs və yaxud hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və yaxud) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birlik tərəfindən təqdim edilmiş təklifin tələblərə tam cavab verməsi üçün tərəflərdən birinin məbləğlə ifadə olunan təcrübə və maliyyə imkanları tələblərin ən azı 40 %-ni, digərlərinin hər birinin təcrübə və maliyyə imkanları isə tələblərin ən azı 25 %-ni ödəməlidir.

Qərar bu il yanvarın 1-dən qüvvəyə minib.

***

Nazirlər Kabineti “Satınalma güzəştinin tətbiqi Qaydası”nı təsdiq edib.

Demedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar bu il yanvarın 1-dən qüvvəyə minib.

***

Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni və “Elektron satınalmanın keçirilməsi Qaydaları”nı təsdiq edib.

Demedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu il yanvarın 1-dən qüvvəyə minmiş qərara əsasən, bundan sonra Portal şəffaflıq, istifadə asanlığı və rahatlığı, operativlik və fasiləsizlik əsasında fəaliyyət göstərəcək.

Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

- proqram-texniki vasitələr;

- telekommunikasiya kanalları;

- elektron xidmətlər modulu;

- idarəetmə sistemi;

- ehtiyat mərkəzi;

- arxiv mərkəzi.

***

Nazirlər Kabineti “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları”nı təsdiqləyib.

Demedia.azxəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar bu il yanvarın 1-dən qüvvəyə minib.