Məşhur aktyor Prezidentə təşəkkür etdi - VİDEO
2024-ci ilin yanvarın 1-i tarixindən film istehsalı ilə bağlı vergi güzəşti tətbiq olunur. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Demedia.az xəbər verir ki, məsələ ilə bağlı məşhur aktyor Məcid Hüseynov Azərbaycanda film çəkən prodakşnlara yaratdığı şərait üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib:
“Cənab Prezidentimiz gözəl təşəbbüs irəli sürərək, Azərbaycanda film çəkən insanları mənfəət vergisindən 75% azad edib. Özümün və digər dostlarımın adından Prezidentimizə təşəkkür edirəm. İnanıram ki, Cənab Prezidentimizin bizə verdiyi dəstəyi doğruldacayıq. Bundan sonra Azərbaycan filmləri daha da inkişaf edəcək. Bizim də film çəkməyə həvəsimiz artıb”.
Tanınmış aktyor film sahəsindəki digər məsələlərə də mövqeyini bildirib. Ətraflı videoda: