ABŞ husilərin 60-dan çox hədəfinə zərbə endirib



 11:25 12.01.2024     322

ABŞ-nin Hərbi Hava Qüvvələri Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına məxsus 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib.

Demedia.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti yayıb. 

Hücumların əsas olaraq silah-sursat anbarlarına və buraxılış məntəqələrinə endirildiyi qeyd olunub. 

Xatırladaq ki, ABŞ və Böyük Britaniya husilərə qarşı əməliyyata başlayıb. Pentaqonun açıqlamasına görə, hücumların məqsədi husilərin gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır. Bundan əvvəl isə Yəmənin şimalında hökmranlıq edən hərəkat İsrailə aidiyyəti olan və yaxud sözügedən ölkənin limanlarına gedən gəmilərə hücum etmək niyyətində olduğunu bəyan edib. Bununla yanaşı, husilər digər ölkələri həmin gəmilərdən öz ekipajlarını geri çağırmağı və yaxud dənizdə gəmilərə yaxınlaşmamağa çağırıb. ABŞ isə cavabında Qara dənizdə digər ölkələrlə gəmiçiliyi qorumaq üçün əməliyyata başlayacağını bildirib.