MSK sədri beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb



 12:52 17.01.2024     293

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb.

Demedia.az-ın məlumatına görə, o deyib ki, seçkilərdə düzgün müşahidəçilik beynəlxalq müşahidəçilərin əsas missiyasıdır.

"Əgər beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərə getmirlərsə, bunu fəaliyyətimizə biganəlik kimi qiymətləndiririk. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə seçkiləri müşahidə etməlidirlər", - MSK sədri vurğulayıb.