Goranboyda 24 yaşlı piyadanı maşın vurdu



 15:15 26.01.2024     306

Goranboyda piyadanı maşın vurub.

Demedia.az xəbər verir ki, hadisə Veyisli kəndində baş verib. Avtomobil yolu keçmək istəyən 2000-ci il təvəllüdlü piyada Zeynallı Baloğlan Yaşar oğlunu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı gənc xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.