Türkiyə ilə mahnı ifa edərək vidalaşdı - Video
Cənubi Koreyanın Türkiyədəki səfiri Lee Won-Ikın diplomatik fəaliyyət müddəti başa çatıb.
Demedia.az “TRT Haber”ə istinadən xəbər verir ki, səfir 3 ildir fəaliyyət göstərdiyi Türkiyə ilə özünəməxsus şəkildə vidalaşıb.
Belə ki, o, saksafonda türkiyəli dostları üçün “Memleketim” və “Katibim” mahnılarını ifa edib.
Lee Won-Ik ölkə mediasına açıqlamasında bu müddət boyu ona göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Türkiyə üçün darıxacağını vurğulayıb.