Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
Yanvarın 29-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Bu barədə Demedia.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.