Sürücülərin DİQQƏTİNƏ - Avtomobildə bunlar olmasa cərimələnəcəksiniz
Avtomobillərdə sürücülərdən tələb olunan və əks təqdirdə cərimə tətbiq olunan əşyalardan biri də aptekçə (tibb qutusu) hesab olunur.
Bir çox hallarda təyin olunan dərman siyahısından əksik olduğu üçün sürücülər cərimələnərək çətinliklə üzləşir. Qeyd edək ki, bununla bağlı icbari cərimə 10 AZN təşkil edir.
Demedia.az Yenisabah.az-a istinadən avtomobil sahibləri üçün tələb olunan apteçkənin tərkibində olan dərman vasitələri, tibbi ləvazimatlar və onların qiymətlərini oxuculara təqdim edir:
Analgin 0.5 №10 – 0.31 AZN
Portativ hipotermik (soyuducu) paket-konteyner – 0.8 AZN
Natrium sulfasil məhlulu – 1.50 AZN
Aspirin – 4.09 AZN
Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut – 2.10 AZN
Steril bint 10x5 – 0.45 AZN
Qeyri-steril bint 10x5 – 0.80 AZN
Qeyri-steril bint 5x5 – 0.40 AZN
Çirkli yaraları sarımaq üçün dioksidinli və ya gümüş nitratlı 8x10 sm. ölçüdə MAQ atravmatik sarğısı – 6 AZN
Bakteresid leykoplastr 25x72 yaxud 2x5 – 1.2 AZN
Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 və 10x18 sm. ölçüdə furaginli “Koleteks QEM” steril salfetləri, yaxud statin (toz halında) 1.0 q – 3 AZN
5%-li yodun, yaxud 1%-li biriliant abısının məhlulu (zelyonka) – 1.19 AZN
1x500 və ya 2x500, yaxud 1x5250 sm ölçüdə leykoplaster – 0.50 AZN
Qeyri-steril boruşəkilli tibbi elastik bint №1.3.6 – 0.80 AZN
Pambıq 50 q – 1.75 AZN
Nitroqliserin həbləri N%40 yaxud kapsulu №20 (trinitroloq) – 1.20 AZN
Valideol (tabletka yaxud kapsula) – 0.70 AZN
Süni nəfəs vermək üçün alət – 3 AZN
Ammiak məhlulu (naşatır spirti) – 1 AZN
Enterodez yaxud aktivləşdirilmiş kömür №10 – 0.20 AZN
Korvavol – 0.56 AZN
Küt uclu qayçı – 1.60 AZN
Plastmas futlyar – 1.70 AZN
Aptekçənin özü – 5-82 AZN arası