Siyavuş Novruzov: "Bələdiyyə sədrlərini xalq seçməlidir"



 13:29 01.02.2024     376

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyə sədrlərinin seçicilər tərəfindən seçilməsini təklif edib.

Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında danışan komitə sədri bildirib ki, sədrləri bələdiyyə üzvləri yox, xalq seçsə yaxşı olar.

Onun sözlərinə görə, bu məsələ gələcəkdə qanunvericiliyə salınmalıdır.