Tərtərdə minaya düşən gəncin son durumu açıqlanıb



 21:32 04.02.2024     354

Tərtərin Qızıloba kəndində minaya düşən rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlunun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralıya ilkin tibbi yardım göstərilib.

Ona partlayış travması, sağ aşağı ətrafın çoxsaylı qəlpə yarası, sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu qoyulub.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.