"Azərbaycan-Gürcüstan sərhədində 300 avtomobil gözləyir"



 14:25 06.02.2024     269

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir.

Demedia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 45, "Mazımqara" gömrük postunda 14, "Astara" gömrük postunda 106, "Biləsuvar" gömrük postunda 47, “Xanoba” gömrük postunda yük maşını var.