MSK məntəqələrin 93,3 faizinin nəticələri barədə: İlham Əliyev 92,05% səslə liderdir



 08:30 08.02.2024     342

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məntəqələrin 93,3 faizinin nəticəsini elan edib.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,19 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.

Qeyd edək ki, sayılmış seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı 4 660 025-dir, hesabat vermiş seçki məntəqələrinin sayı isə 6 102-dir.