Əhaliyə verilən qazın tərkibi dəyişdirilir? - AÇIQLAMA



 12:49 09.02.2024     419

“Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov qazın tərkibinin dəyişdirilməsi ilə bağlı iddialara cavab verib.

Demedia.az-ın məlumatına görə, şöbə rəsi bildirib ki, əhaliyə verilən qazın tərkibi normativlərə tam cavab verir:

“Qaz istər quruda, istər dənizdə emal olunduqdan sonra Qaz emalı zavoduna göndərilir. Emal prosesində separatorlardan, texnoloji qurğulardan keçərək təmizlənir. Daha sonra maqistral qaz kəmərləri vasitəsi ilə qaz paylayıcı stansiyalara gəlir. Bundan sonra "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qaz yenidən separatorlardan, qarışıqlardan təmizlənərək müəssisələrə ötürülür. Hər ay təhvil-təslim nöqtələrində "Azəriqaz" İstehsalat Birliyinə daxil olmayanmüstəqil qurumlar tərəfindən nümunələr götürülərək sertifikatlaşdırılaraq Birliyə göndərilir”.

İlkin Behbudov qeyd edib ki, əhaliyə verilən təbii qazın tərkibində nəsə axtarmaq məlumatsızlıqdan irəli gəlir. Son zamanlar dəm qazından zəhərlənmə halları ilə bağlı məsələyə aydınlıq gətirən ekspert deyib ki, dəm qazının yaranma səbəbləri qazın keyfiyyət göstəriciləri ilə əlaqəsi yoxdur.

“Bu, texnoloji cəhətdən tamamilə başqa prosesdir. Yanma prosesinə təsir edən amillər var. Qaz cihazlarında problem aşkar edilərsə, tüstü bacasında sorma prosesi pozularsa, artıq dəm qazı yaranması üçün şərait yaranacaq”.