BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi



 14:27 09.02.2024     271

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Demedia.az xəbər verir ki, bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.

Paylaşımda deyilir: “Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram. Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.