Hakan Fidan İlham Əliyevi təbrik etdi



 15:39 09.02.2024     336

Türkiyənin xarici işlər naziri Hakan Fidan dövlət başçısı İlham Əliyevi fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

Demedia.az xəbər verir ki, o, bu barədə İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasında çıxışı zamanı danışıb.

“Seçkilərdəki yüksək fəallığına görə Azərbaycan xalqını da təbrik edirəm”, - nazir söyləyib.