Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub



 12:47 10.02.2024     754

Xocavənd ərazisində arıçılıq təssürüfatında partlayış nəticəsində xəsarət alan Tovuz rayon sakini Ələsgərov Samir Füzuli oğlunun sağ əlinin barmaqları amputasiya olunub.

TƏBİB-dən bildirilib ki, Tovuz rayon sakini 1996-cı il təvəllüdlü (cinsi kişi) Xocavənd rayonu ərazisində hərbi təyinatlı partlayıcının partlaması nəticəsində xəsarət alması səbəbilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Əməliyyat şöbəsinə hospitalizasiya olunub:

“Ona sağ əlin barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir”.

***

Xocavənd rayonunun Çartar kəndi ərazisində bu gün səhər saatlarında arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

**

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.