Son günlər müşahidə olunan isti havaların ZİYANI



 19:35 11.02.2024     258

Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir.

Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev deyir ki, qış aylarında havaların isti keçməsi məhsuldarlığa mənfi təsir edir:

"İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. Amma qəfil düşəcək şaxta cücərmiş bitkiləri məhv edə bilər. Məhv olan, çürüyən bitkilərin isə yazda göyərməsi mümkün deyil".

Ekspert, həmçinin qeyd edib ki, havaların belə keçməsinin taxılçılığa da ziyanı var. Belə ki, isti hava zərərverici bakteriyaların və gəmiricilərin sayının artmasına şərait yaradır ki, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdəndir.

Qeyd edək ki, isti hava şəraitinin sabah da müşahidə olunacağı bildirilir. Fevralın 12-də havanın temperaturunun 23 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.//Report.az