Bakıda çalışanların orta aylıq maaşı artdı
![](/adv/turkiyede-mualice.gif)
![](https://img.demedia.az/news/2024/02/photo_23779.jpg)
Bakıda çalışan muzdlu işçilərin orta aylıq maaşı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Demedia.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artıb.
Rəsmi məlumata görə, paytaxtda çalışanların orta aylıq əməkhaqqı 1169,3 manat təşkil edib.