Yaralanan hərbçimiz danışdı - Video
![](/adv/turkiyede-mualice.gif)
![](https://img.demedia.az/news/2024/02/photo_23781.jpg)
Xəbər verdiyimiz kimi, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Demedia.az xəbər verir ki, Zəngilan istiqamətində Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçu 2001-ci il təvəllüdlü Pərviz Xəlilzadə AzTV-yə açıqlama verib.