Bu dərmanlar böyrəkləri sıradan çıxarır XƏBƏRDARLIQ



 15:25 13.02.2024     249

Qastroenteroloq Anastasiya Çijikova xəbərdarlıq edib ki, bəzi dərmanların tez-tez və ya nəzarətsiz istifadəsi böyrəklərin sağlamlığını poza bilər.

Demedia.az xəbər verir ki, qastroenteroloq bu barədə "Gazeta.ru"ya danışıb.

Onun sözlərinə görə, yaşlılar, şəkərli diabet xəstələri və ürək-damar sistemi xəstəlikləri olan insanlar xüsusilə risk altındadır.

Mütəxəssis qeyd edib ki, steroid olmayan antiinflamatuar dərmanlar, angiotenzin reseptor blokerləri, bəzi antibiotiklər, hətta antiviral dərmanlar sidik sisteminə və böyrəklərə böyük ziyan vurur. Antiviral dərmanlar kəskin interstisial nefritə səbəb ola bilər.

"Hətta tibbi nəzarət olmadan steroid olmayan antiinflamatuar dərmanlar və ya digər potensial nefrotoksik dərmanların qısa müddətli istifadəsi müşayiət olunan xəstəlikləri olan insanlarda ağırlaşmalara səbəb ola bilər. Heç bir halda arterial hipertenziya, şəkərli diabet və digər xroniki xəstəlikləri özbaşına müalicə etməməlisiniz", - Çijikova xəbərdarlıq edib.(Publika.az )