Prezident Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib



 15:22 14.02.2024     325

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

Demedia.az-ın məlumatına görə, sənəd Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq hökumətin istefa verməsi ilə əlaqədar imzalanıb.

Sərəncama əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi əvvəlki tərkibə həvalə edilib.