Kim olub görəsən Valentin?



 15:27 14.02.2024     184

"De Media" Şirkətinin təsisçisi, jurnalist Bahadur Seyidov sosial şəbəkədə "Valentin Günü"ylə bağlı zarafatcıl şeir paylaşıb.

Kim olub görəsən, axı Valentin?

Açıb vikpediyada oxudum bir az.

Nəsə, pəzəvəngin biriymiş o da,

Pozğun, ipiqırıq, ağıldandayaz.

 

Sonra dedim əşşi, bu gün dostlarla,

Oturub şənlənək, stress ataq.

Hansı restorana zəng elədimsə,

Dedilər “rezevrvdir” bu gün hər otaq.

 

Bir restoran da var, sahibi hacı -

Meşədi, Kəbleyi - nurlu adamdı.

Yadıma düşdü ki, orda yer olar,

Axı “Valentina” dində haramdı.

 

Dedilər, iki gün qabağdan dolub.

Dedim bəs ramazan, bəs məhərrəmlik?

Dedilər, o aylar araq verilmir,

Olmaq istəmirik biz cəhənnəmlik.

 

Nə isə, googla yazıb axtardım,

Valentin sən demə, kişi deyilmiş.

Üzdəniraq imiş, boynuyoğunmuş,

İlk məhəbbəti də keşişmiş, Keşiş.

 

Qonşumuz Süleyman işə getməyib.

Dedilər, dükandan hədiyyə alır.

Dedim, xeyir ola, nə əcəb ondan,

Hər axşam evində dava-zad salır?

 

Axı sevgililər günüdür, qaqam,

11 ay olmayan sevginin günü.

Bizdə elə hər şey belədir, balam,

Bayramdan bayrama sevirik çünki.