Gülay: “Camaat yeməyi kənara qoyub bizə baxırdı”
Müğənni Gülay Zeynallı Kamil Zeynallı ilə bağlı açıqlama verib.
Demedia.az Olay- istinadla xəbər verir ki, bu barədə o, “Xəbərin var?” verilişində danışıb.
O, deyib ki, insanlara Kamillə münasibətləri maraqlıdır:
“Kamili də, məni də sevən insanlar çoxdur. Bunu hamı bilir. Bu insanlar bir yerə gələndə çox maraqlı olur. Məsələn, qızım dünən dərsdən çıxıb atası ilə restorana yemək yeməyə gedib. Mən də işdən çıxdım onlara qoşuldum. Görürəm ki, ətrafdakı insanlar qaşığı bir kənara qoyub bizə baxırlar. Biz insanlara maraqlıyıq. Onlar bizi sevir və diqqət ayırır. Göz önündə və diqqət mərkəzində olmağı çox sevirəm. Həm mən, həm də Kamil birdən-birə bu yerə gəlib çıxmamışıq. Hər ikimizin çox böyük əziyyətimiz və zəhmətimiz olub. Bugünkü gün bunun bəhrəsini görürüksə, bu bizə yalnız xoşbəxtlik verə bilər”.