Əhmədin öldürdüyü kişi ilə qız onun doğma atası və bacısı deyil - VİDEO



 14:15 17.02.2024     290

Bakıda ailəsinin 5 üzvünü baltalayaraq öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi təfərrüatlar məlum olub.

Sonxeber.az.az xəbər verir ki, Space televiziyasında yayımlanan Amil Xəlilin müəllifi olduğu "Gəl,Danış" verilişinə zəng edən qonşusu Əfsanə xanım bildirib ki, hamı deyir ki, Əhməd Bikə xanımın ilk evliyindən olan oğludur:

"O ailə bura tezə köçüblər. Elmira Əhmədin doğma bacısı olmayıb. O, Mehman bəyin birinci evliliyindən olan qızıdır. Bikə xanımla Mehman bəyin birgə nikahından doğulan tək uşaq Məhəmməd idi. Bu məsələni bizə Bikə xanımın işlədiyi məktəbdəki müəllimlər bizə demişdi. Bacısı da Yeni Günəşlidə qalıb. Onların evində iki aydır ki, dava-dalaş olurdu. TikToker Ləman Vəliyeva Bikə xanımgilə qonşu idi. Dəfələrlə Bikə xanım Ləman Vəliyeva barədə polisə müraciət edib. Ləman Əhmədin taksisindən tez-tez istifadə edirdi. Həm də Ləman qızı ilə qalırdı evində səs-küy olurdu. Bikə xanım onu qəbul etmirdi. Mehman bəy sakit və yaxşı insandır. Hadisə barədə dürüst danışan Mehman bəyin qohumları oldu. Bikə xanımın qohumları qonşuların və oradakı insanların üstünə hücum etdi".