"Hacı Mətləb" məhkəmə qarşısına çıxarılır



 18:00 20.02.2024     308

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demedia.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılıması üçün hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 26-na təyin edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb

Qeyd edək ki, "Hacı Mətləb" kimi tanınan iş adamı Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb.

O, ötən il yanvarın 30-da həbs olunub.

Ona qarşı vergidən yayınmaqda, qaçaqmalçılıqda, narkotik vasitələrin dövriyyəsində və digər bu kimi cinayətlərlə bağlı ittiham verilib.