Bayramov qırğızıstanlı həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə görüşüb.
Demedia.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.
Nazirlər qardaşlıq münasibətlərinin genişləndirilməsi, bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.