“Baku Bus” avtobusu piyadanı vuraraq öldürüb



 13:01 02.03.2024     374

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

Demedia.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Məlumata əsasən, Nadir Rəhimov idarə etdiyi “Baku Bus” MMC-yə məxsus 163 saylı marşrutda “BMC” markalı 99-JU-723 dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsindən Heydər Əliyev prospektinə dönərkən yolu keçən piyada 1998-ci il təvəllüdlü Oruc İbrahimovu vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır..