Bakıya yağış, rayonlara qar yağır



 19:42 08.03.2024     399

Martın 8-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Demedia.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Neftçala, Astarada yağış, Sarıbaş (Qax), Qusar, Şahdağda isə qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 7-11, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.