Bakıda 25 yaşlı gənc ürəyindən bıçaqlanaraq qətlə yetirilib
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsində bir nəfər ölüb.
Rayonun Bakıxanov qəsəbəsində dava zamanı Səbuhi Əhmədov bıçaqlanaraq qətlə yetirilib.
Qeyd edək ki, 25 yaşlı kişiyə ürək və kürək nahiyəsindən bıçaq zərbəsi vurulub.
Hadisənin təfərrüatı Sabunçu rayon Prokurorluğunda araşdırılır.//Report