Gecə və səhər bəzi rayonlarda yollar buz bağlayacaq



 20:02 10.03.2024     371

Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq.

Bu barədə Demedia.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Martın 11-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.